Azərbaycanda oynamış polyak: "Lex" və "Qarabağ"ın şansları eynidi"

19:54 - 14 İyun 2022

"Püşkatmanı canlı izləyirdim. "Lex"in "Qarabağ"la düşdüyündən xəbərdaram. İlkin təəssüratımı soruşursuzsa, məncə, maraqlı oyun olacaq. Başa çatan mövsümdə "Lex" çox güclü komanda idi. Heyətində çox yaxşı futbolçular var. Polşada insanlar "Lex"in "Qarabağ"a qalib gələcəyinə inanır". 

Bu sözləri Sportal.az saytına açıqlamasında David Pieterzkeviç deyib. 

İndiyə qədər Azərbaycan Premyer Liqasında oynamış 8 polşalıdan biri olan 34 yaşlı qapıçı Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində üz-üzə gələcək “Lex” və “Qarabağ” komandalarının şansını dəyərləndirib.

Hazırda ölkəsində "Sandeçiya"nın qapısını qoruyan Davidin Poznan təmsilçisinin də yaxşı komanda olduğunu bildirib: "Qarabağ" hazırda fərqli komandadır. "Lex"in isə çox yaxşı futbolçular var. Hər halda iki oyunu da götürsək, məncə, şanslar elə 50/50-di. Əla oyun olacağı dəqiqdi".

Polyak qolkiper 2012-2013-cü illərdə "Simurq"un qapısını qoruyub. 2013-2017-ci illər arasında isə o, "Qəbələ"nin qapıçısı olub.

 

Xəbər xətti