Ermənistana qol vuran Quliyev: "Azərbaycanlı olmağımla bağlı Yerevanda heç bir problem yaşamadım"

12:05 - 15 İyun 2022

AFFA-nın Azərbaycan millisinə cəlb etmək istədiyi “Minay”ın futbolçusu Eldar Quliyev bir müddət əvvəl Ukrayna U-21 yığmasına dəvət edilmişdi.

Sportal.az xəbər verir ki, AVRO-2023-ün seçmə mərhələsinin Fransa və Ermənistanla oyunları üçün yığmaya cəlb edilən Quliyev Yerevanda keçirilən görüşdə özünü ən yaxşı tərəfdən göstərib.

Matçın 49-cu dəqiqəsində künc zərbəsindən sonra baş zərbəsilə hesabı açan Quliyev, 68-ci dəqiqədə assistlə yadda qalıb. Həmyerlimiz saytımıza qısa açıqlamasında ermənilərə qarşı əvəzedilmədən keçirdiyi matçdan danışıb:

"Hər şey yaxşıdır. Bəli, Ermənistanla matçlarda qol və assistlə oynadım. Belə alındı, çalışırdım ki, komandama xeyir verim. Yəqin ki, lazımı anda, lazımı yerdə idim. Əslən azərbaycanlı olmağımla bağlı Yerevanda heç bir problem yaşamadım. Hər şey normal idi".

Xəbər xətti