"Lex"in hansı futbolçusu "Qarabağ"ın transfer siyahısında olub?

12:51 - 15 İyun 2022

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Lex”lə qarşılaşacaq “Qarabağ” transfer işlərini davam etdirir. 

Sportal.az saytına verilən məlumata görə, Ağdam klubunun transfer siyahısında yer almış forvardlardan biri də elə "Lex"in futbolçusu olub. 

Etibarlı mənbədən verilən məlumata görə, Qurban Qurbanov Poznan klubunun hücumçusu Adriel Ba Luanı ötən yay sərəncamında görmək istəyib. Hətta afrikalı forvardın menecerilə danışıqlar da baş tutub.

Amma 25 yaşlı hücumçu “Viktoriya”dan (Plzen) “Lex”ə keçməyə üstünlük verib.

​“Mimosas”, “Lill”, “Veyle”, “Karvina” klublarında oynamış afrikalı başa çatan mövsüm 25 oyuna 1 qol vurub.

Xəbər xətti