"Lex" "Qarabağ"a çətinlik yarada biləcək komandadı"

13:14 - 15 İyun 2022

"Qarabağ" potensial rəqiblər arasında düşə biləcək ən çətin rəqiblə üz-üzə gələcək. Siyahıda Şimali Makedoniya, Gürcüstan klubları da var idi. Həmin komandaları "Qarabağ" ikinci heyətilə rahat keçərdi".

Bu sözləri Sportal.az saytına açıqlamasında Aslan Kərimov deyib.

"Qarabağ"ın sabiq kapitanı Ağdam klubunun Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Lex"lə oyundakı şanslarından danışıb. Kərimovun fikrincə çətinliklərə baxmayaraq, cütün favoriti "Qarabağ"dı:

"Ən çətini "Lex" idi, o da "Qarabağ"ın bəxtinə düşdü. Ancaq bu o demək deyil ki, Poznan klubu keçilməzdi. "Qarabağ" rəqibini keçə biləcək gücdədi. Rəqibin heyətində legionerlər çoxdu. İspaniya, Norveç, Portuqaliya, İsveç kimi futbol ölkələrindəndilər. Ümumiyyətlə, Polşa klubu Avropaya qapıdı, tanınmamış legionerlər üçün bu ölkə ən yaxşı tramplindi. "Lex"dəki legionerlər də perspektiv vəd edənlərdi.

"Lex" "Qarabağ"a çətinlik yarada biləcək komandadı. Amma təmsilçimizi cütün favoriti hesab etmək olar. İstənilən halda “Qarabağ”ın futbolçuları təcrübəlidi. İlk oyun Polşada keçiriləcək və "Qarabağ" ehtiyatlı nümayiş etdirəcək, rəqibin boşluqlarını axtaracaq. İkinci oyunda isə cütün taleyini həll etmək fikrində olacaqlar. Dominant oynadıqları halda da "Lex"in əks-hücumlarına diqqət etməlidilər. Nə qədər güclü olsan da, standart vəziyyətlərdən qol buraxmaq mümkündü. Standart vəziyyətlər də "Lex" üçün əlverişli şansdı. Çünki heyətlərində hündürboy, fiziki hazırlıql futbolçular çoxdu. Məncə, bütün bunlara baxmayaraq "Qarabağ" ilk oyunu da qalib başa vura bilər. Qələbə olmasa da, uduzmayacaqlar Poznanda. "Qarabağ" ilk oyundan sonra "Lexi"in üstün və zəif cəhətlərini analiz edəcək. Ağdam klubu Bakıda rəqibini məğlub etmək iqtidarındadı".

Xəbər xətti