"Real" Vinisius Junioru sözləşməsinin artırılması ilə bağlı məsələdə razı sala bilib.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisi braziliyalı ulduz oyunçu ilə 2026-cı ilə qədər müqavilə imzalayacaq. Yeni sözləşməyə əsasən Braziliya millisinin üzvü komandada ən çox maaş alan futbolçulardan biri olacaq.
Vinisiusun yeni müqavilə ilə sərbəst qalma məbləği 1 milyard avro təşkil edəcək.
Qeyd edək ki, 21 yaşlı oyunçu 2018-ci ildən çıxış etdiyi "kral klub"unda 170 matçda 37 qol vurub.
saytlarin hazirlanmasi