"Neftçi"nin baş məşqçi postuna gətirmək istədiyi Ertuğrul Sağlam Bakıya səfər edib.
Sportal.az saytının əldə etdiyi məlumata görə, 52 yaşlı mütəxəssis "ağ-qaralar"ın infrastrukturu ilə tanış olub və klubun rəhbərliyi ilə görüşüb.
"Neftçi"nin prezidenti Kamran Quliyev türkiyəli çalışdırıcını komandanın baş məşqçisi postunda görmək istəyir. Amma SOCAR rəhbərliyi hələ ki, bununla bağlı müsbət rəy verməyib.