"Sumqayıt" sponsorsuz qalıb?

23:50 - 15 İyun 2022

"Sumqayıt"da büdcə ilə bağlı qeyri-müəyyənlik yaranıb.


Sportal.az saytının məlumatına görə, Azərkimya İstehsalat Birliyi kluba maliyyə ayırmamaq qərarına gəlib. "Gənclik şəhəri" təmsilçisinin rəhbərliyinə bildirilib ki, yaxın zamanda bütün klublara dövlət tərəfindən maliyyə vəsaiti ayrılmalıdır və "Sumqayıt" da bundan sonra həmin büdcə ilə fəaliyyət göstərməlidir.


Klubun transferlər etməməsinin də əsas səbəbi budur. Bir çox legionerlər izlənilsə də, hələ ki, heç bir yekun qərar verilməyib.

Xəbər xətti