Azərbaycan millisinin yarımmüdafiəçisi Emin Mahmudov "Çelsi"nin keçmiş futbolçusu Maykl Essyenə formasını hədiyyə edib.
Sportal.az xəbər verir ki, bu barədə qanalı veteran futbolçu instaqram səhifəsində paylaşım edib. "Səbail"in keçmiş yarımmüdafiəçisi Emin Mahmudova təşəkkürünü bildirib:
"Forma üçün təşəkkür edirəm, Mahmudov. Sənə ən yaxşısını arzulayıram və yeni mövsümdə uğurlar diləyirəm".
saytlarin hazirlanmasi