"Neftçi"nin baş məşqçis postuna namizəd olanlardan biri də Ertuğrul Sağlamdı.
Azərbaycanda çalışmış türkiyəli məşqçilərdən olan Güvənç Kurtar həmyerlisinin "ağ-qaralar"a baş məşqçi təyin olunacağı təqdirdə, uğurlu olub-olmayacağını dəyərləndirib.
Sportal.az saytına açıqlama verən təcrübəli mütəxəssis Sağlamın "Neftçi"dəki işinin çətin olacağından söz açıb: "Bəli, bir neçə gündür ki, Azərbaycan və Türkiyə mətbuatında bununla bağlı xəbərlər dolaşır. Nə demək olar, xeyirli olsun. Öncəliklə onu deyim ki, Ertuğrul Sağlam çox yaxşı insandı. Amma onu istəyən klubun hədəfinin nə olduğunu bilmirəm. Önəmli olan da, heyətdə kimlərin olacağıdı. Çünki Azərbaycanda çempionluq mübarizəsi aparan "Qarabağ"ın heyəti çox yaxşıdı. Bu mənada, Sağlamın işi çox çətindi. "Neftçi"nin baş məşqçisi təyin edilərsə, ona ancaq uğurlar arzu edirəm, Allah köməyi olsun".
71 yaşlı mütəxəssis karyerası ərzində “Kocaelispor”, “Bursaspor”, “Dənizlispor”, “Çaykur Rizəspor”, “Adanaspor”la yanaşı Azərbaycanda “Rəvan” klubunu çalışdırıb.
saytlarin hazirlanmasi