"Qarabağ"ın püşkatmada bəxtinin gətirmədiyi fikrilə razı deyiləm. Çünki axı "Qarabağ"ın özü də güclü rəqibdi və digər komandalar üçün güclüdü. Azərbaycanda yüksək səviyyədə olan, Avropada da elə Avropa futbolu oynayan komandadı. Doğrudu, "Lex" də pis komanda deyil. Amma "Qarabağ" "Lex"i turnirdən kənarlaşdıracaq gücə sahibdi".
Bu sözləri Sportal.az saytına açıqlamasında Xaliq Mərdanov deyib. Vaxtilə "Qarabağ"ın futbolçusu olmuş Mərdanov Ağdam klubunun Çempionlar Liqasının təsnifat mərhələsindəki şanslarını dəyərləndirib.
51 yaşlı futbol adamı Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin "Lex" və "Sürix" səddini keçə biləcəyinə inandığını dilə gətirib: "Allah qoysa, "Qarabağ" "Lex" səddini keçəcək. Komandanın güclənmək məsələsinə gəlincə, bu haqda nəsə demək olmur. Köhnə heyəti saxlasalar, "Lex"ə qarşı yaxşı mübarizə apararaq onları keçə bilərlər.
"Lex" səddi keçilərsə, növbəti rəqib "Sürix"di. İsveçrə çempionu da yaxşı komandadı. Onsuzda, asan rəqib yoxdu, söhbət Çempionlar Liqasından gedir. Lakin "Sürix"i də keçmək mümkündü. Hər halda "Qarabağ" "Anderlext", "Bazel" kimi komandalara qarşı əla oyun göstərib, qələbələr də qazanıb. "Qarabağ"a uğurlar arzulayıram".