Millimizin hücumçusu İngiltərə klubunun üzvü ilə Türkiyədə istirahət edir - FOTOLAR

15:35 - 17 İyun 2022

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Millətlər Liqasının 4-cü turunun Bakıda Belarusa qarşı keçirilən oyunundan sonra Türkiyəyə uçub. 

Sportal.az xəbər verir ki, forvard sevgilisi və "Vulverhempton"dan tanıdığı Meritan Şabani ilə Bodruma istirahətə yollanıb. Hər iki futbolçu istirahət zamanı, həm də idmanla məşğul olmağı unutmayıb. Hər iki futbolçunun yeni mövsümə "Vulverhempton"da hazırlaşacağı, ancaq fərqli klublara icarəyə veriləcəyi gözlənilir.

Dadaşov "Vulverhhempton"a məxsus olsa da, son mövsümü icarə əsasında "Tondela"da keçirib. Şabani isə 2021/2022 mövsümündə "Vulverhempton"un U-23 komandasında oynayıb.




 

Xəbər xətti