"Qəbələ" qışda heyətinə qatdığı futbolçulardan biri ilə yollarını ayırıb.
Sportal.az saytına verilən məlumata görə, bölgə klubu Patrik Robsonla yola davam etməmək qərarı verib.
Belə ki, "Admira Vakker"dən icarəyə götürülmüş braziliyalı futbolçunun başqa təklifləri var.
Bununla yanaşı o, həm də ümidləri doğrultmadığına görə "Qəbələ" də onun geri qayıtmasını istəməyib.