İki gün əvvəl "Qarabağ"ın sabiq futbolçusu Faysal Rerrasın yenidən Azərbaycan Premyer Liqasında oynamaq şansının olduğunu, daha dəqiq desək, "Turan Tovuz"a keçmək variantının olduğundan yazmışdıq.
Sportal.az saytına açıqlama verən Tovuz klubunun baş məşqçisi Ayxan Abbasov mərakeşli futbolçunun komandasına keçmək ehtimalından danışıb.
41 yaşlı mütəxəssis Mərakeş millisinin sabiq üzvü ilə maraqlandıqlarını və onu Bakıya dəvət edəcəklərini söyləyib:
"Maraqlandığımız yerli və legioner futbolçular var. Amma konkret ad yoxdu, danışıqlar davam edir. Faysal Rerrasa gəlincə, bəli, onunla maraqlanırıq. Bilirsiz ki, o, müəyyən müddətdir klubsuz qalıb. Əgər onda alınsa, Bakıya gələrək düşərgəmizdə baxışda olacaq. Rerrasla ilkin danışıq aparmışıq. Sənəd problemi var idi, onu həll edə bilsək, baxışda olacaq.
Çempionatımızda oynamış legionerlərdən maraq dairəmizdə olan yoxdu. Hələ ki, baxırıq. Görək də gətirə biləcəyik. Bunu zaman göstərəcək. İnanıram ki, çox çətinlik çəkmərik".
Mirbağırağa