Azərbaycan milli komandasının üzvü Rəhim Sadıqov "Sumqayıt"dan ayrılaraq "Zirə"yə keçib.
Sportal.az xəbər verir ki, 25 yaşlı futbolçu instaqram hesabında "gənclik şəhəri" təmsilçisi ilə vidalaşıb. O, şəxsi hesabında bunları yazıb:
"Sumqayıt"la birgə addımladığımız yolun sonuna çatdım. Rəhbərliyə, məşqçi heyətinə, tibbi personala, inzibati heyətə və bu 3 il ərzində işləmək imkanı qazandığım hər kəsə təşəkkürümü bildirirəm. Qəbul etdiklərinə və dəstəklədiklərinə görə klubun azərkeşlərinə xüsusi minnətdarlığımı çatdırıram!".
Mirbağırağa