Bolqarıstanın "ÇSKA 1948" klubunun futbolçusu Emil Martinov yeni mövsümə Azərbaycanda başlayacaq.
Sportal.az xəbər verir ki, 30 yaşlı futbolçu artıq "Səbail"lə anlaşıb.
Saytımıza açıqlama verən bolqar yarımmüdafiəçi sabah Bakıya gəldiyini bildirib: "Bəli, "Səbail"lə anlaşmışam. Təbii ki, buna görə xoşbəxtəm. Sabah Bakıya uçuram. Bu komandada, Azərbaycanda oynamışam və mənim üçün xoşdu geri qayıtmaq. Fikrimcə, əla mövsüm keçirə biləcəyik".
Ötən mövsümə "Arca"da başlamış futbolçu mövsümü "ÇSKA 1948" klubunda başa vurmuşdu.