"Qəbələ"nin mövsümlərarası fasilədə heyətinə qatdığı Səlahət Ağayev Sportal.az saytına müsahibə verib:
- "Sabah"dan ayrılmağının səbəbi nə oldu?
- Xüsusi bir səbəbi yoxdur Sadəcə müqaviləmin müddəti bitmişdi və mövsümün sonunda "Qəbələ"dən təklif gəlmişdi. Mən də bu təklifi müsbət cavablandırdım. "Sabah"a növbəti mövsümdə uğurlar arulayıram.
- "Qəbələ"yə keçidin haqda danışardın. Bu klubu seçməyinə səbəb nə oldu?
- Bayaq da dediyim kimi, "Sabah"la müqaviləm bitmişdi. Həmin vaxt "Qəbələ"dən təklif gəldi. "Qəbələ" Azərbaycan futbolunda özünəməxsus yeri olan klubdu. Üstəlik bu mövsüm ölkəmizi Konfrans Liqasında təmsil edəcəklər. Burada olmaqdan şadam.
- Komandanın yeni mövsümə hazırlığı necə gedir?
- Hazırlığımız yaxşı gedir. Məşqlərdə məşçilərimizin verdiyi tapşırıqları tam yerinə yetirməyə çalışırıq. İnanıram ki, Konfrans Liqasında məşqlərdə çəkdiyimiz əziyyətin bəhrəsini görəcəyik.
- Konfrans Liqasında "Fehervar" klubu ilə qarşılaşacaqsız. Mərhələ keçmək şansını necə dəyərləndirirsən?
- Rəqib Macarıstan təmsilçisidir. Ümumiyyətlə bu gün Avropada asan rəqib olmur. Avrokubok görüşü istənilən halda çətin olur. Macarıstan təmsilçisi ilə oyun da bu baxımdan fərqlənməyəcək. Əlimizdən gələni edəcəyik ki, bu oyunlardan müsbət nəticə ilə ayrılaq.
- "Qəbələ"nin yeni mövsümdə hədəfi nə olacaq?
- Hər oyunumuza maksimum nəticə üçün çıxacağıq. Məqsəd əlbəttə ki, çempionatı mümkün qədər yüksək pillədə tamamlamaqdır.
Elçin Əlixan
saytlarin hazirlanmasi