"Kəpəz"in yollarını ayırdığı müdafiəçi Qaraxan Əliyev Sportal.az saytına açıqlama verib.
26 yaşlı futbolçu Gəncə təmsilçisindən ayrılmağının onun üçün gözlənilməz olmadığını bildirib. O, baş məşqçi Yaşar Vahabzadənin planlarına daxil olmadığı üçün komandadan göndərildiyini deyir:
"Kəpəz"dən ayrılmağım mənim üçün gözlənilməz olmadı. Çünki, çempionatda oynamırdım, baş məşqçinin planlarında yox idim. Yəqin ki, ona görə oynatmırdı. Mənə yazdılar ki, özünə komanda tap.
Karyeramı harada davam etdirəcəyimi hələ bilmirəm. Hazırda Azərbaycanda deyiləm. Ölkəyə qayıdandan sonra hər şey bilinəcək".