Qazaxıstanın "Turan" klubunda çıxış edən Emil Balayev Azərbaycana qayıdacaq.
Sportal.az saytının məlumatına görə, milli komandamızın üzvünün xidmətində "Səbail" maraqlıdır. Paytaxt təmsilçisi 28 yaşlı "əlcək sahibi"nə illik 100 min dollarlıq təklif göndərib.
Emil Balayev hələ ki, yekun qərarını verməyib. O, "Səbail"dən düşünmək üçün vaxt istəyib. Təcrübəli qolkiperin bu təklifi qəbul edəcəyi ehtimal edilir.
Qeyd edək ki, Emil Balayev mart ayında "Qarabağ"dan ayrılaraq "Turan"a keçmişdi. Onun Qazaxıstan klubu ilə müqaviləsinin müddəti 2022-ci ilin sonuna kimidir.
saytlarin hazirlanmasi