"Kəpəz"in müxtəlif yaş qrupları üzrə komandalarının məşqçiləri bir araya gəliblər.
Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yığıncaqda başa çatan mövsümün yekunlarına nəzər salınıb, nəticələr təhlil edilib. Növbəti mövsüm üçün planlar qurulub, təkliflər müzakirə olunub.
Qeyd edək ki, "Kəpəz" 2022/2023 mövsümündə Premyer Liqada çıxış edəcək.