"Sabah" ispaniyalını qaytarmayacaq?

11:53 - 21 İyun 2022

Başa çatan mövsümdə "Sabah"ın aparıcı futbolçularından biri olmuş Xuan Kamara böyük ehtimalla yeni mövsümə Azərbaycanda başlamayacaq.

Sportal.az xəbər verir ki, ispaniyalı müqavilə ilə məxsus olduğu “Yagelloniya”nın düşərgəsinə qatılıb. Ötən ilin iyul ayında “Sabah”a bir illik icarəyə verilmiş Kamara artıq Belostok klubunun məşqlərində iştirak edir.

“Sabah”ın onunla icarə müddətini uzatmayacağı gözlənilir. Mövsümün gedişində 28 yaşlı futbolçu “Neftçi”nin də transfer siyahısında yer almışdı. 

​Hazırda Kamaranın Polşka klubu ilə bir illik müqaviləsi qüvvədədi.


Mirbağırağa

Xəbər xətti