“Qarabağ”ın yollarını ayırdığı Patrik Andradenin yeni iş yeri bəlli olub.
Sportal.az saytına verilən məlumata görə, afrikalı futbolçu Serbiyada oynayacaq. O, “Partizan”la anlaşıb.
Yarımmüdafiəçi sabah tibbi müayinədən keçəcək. Hər şey uğurlu alınarsa, o, Belqrad klubu ilə üç illik müqaviləyə qol çəkəcək.