"Turan Tovuz"un Mərakeş millisinin sabiq üzvü Faysal Rerrası istədiyi barədə xəbər vermişdik.
Sportal.az xəbər verir ki, "Qarabağ"da da oynamış mərakeşli müdafiəçi yeni mövsümə Premyer Liqada başlaya bilər.
Əslində, futbolçunun bu həftənin əvvəlində ölkəmizə gələcəyi gözlənilirdi. Viza problemlərini yoluna qoyan Rerras üç gündən sonra "Turan Tovuz"un düşərgəsinə qoşulacaq. Məşqçilər korpusunun etimadını qazanacağı təqdirdə, onunla müqavilə imzalanılacaq.
Mərakeş millisində 1 oyun keçirmiş 29 yaşlı müdafiəçi “Vize”, “Sent-Trüden”, “Hart”, “Mexelen”, “Beziers", “Hibernian”, “Muludia”, “Levski” klublarında çıxış edib.