"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "ağ-qaralar" İsrailin "Makkabi" (Hayfa) klubundan ayrılan Qodsvey Donyonu transfer edib. Qanalı hücumçu ilə müqavilənin detalları açıqlanmayıb.
2013-2015-ci illərdə "Mançester Siti"nin U-18 və U-21 komandalarında çıxış edən 27 yaşlı hücumçu ötən mövsüm "Makkabi"nin heyətində 41 oyunda 6 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi