Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Konyaspor"dan Abdulkerim Bardakçını transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Qalatasaray" 27 yaşlı mərkəz müdafiəçisi ilə 4 illik müqavilə imzalayıb. Bu keçid üçün "sarı-qırmızılar"ın Konya təmsilçisinə 2,8 milyon avro ödədiyi bildirilir.