Azərbaycan milli komandasının qapıçısı Emil Balayev “Turan”la danışıqlara başlayıb.
Sportal.az saytı qolkiperin Azərbaycan Premyer Liqasına, daha dəqiq desək, “Səbail”ə qayıtmaq ehtimalının yüksək olması barədə xəbər vermişdik.
Saytımıza verilən məlumata görə, vətənə qayıtmaq üçün 28 yaşlı qapıçı ilk növbədə Türküstan klubu ilə yollarını ayırmalıdı və buna görə də klub rəhbərliyilə danışıqlara start verilib.
Balayevin komandada ən yüksək maaş alan futbolçulardan biri olduğunu nəzərə alsaq, “Turan”ın onunla yollarını ayırmağa razılıq verəcəyini gözləmək mümkündü. Çünki klub daha çox yerli gənclərə şans verəcək. "Turan"la yollarını ayırar-ayırmaz Emil Balayev "Səbail"lə müqavilə imzalayacaq.