"Qarabağ"ın "Nautiko"nun futbolçusu Raldnini transfer etmək istəməsi barədə xəbər vermişdik.
Sportal.az xəbər verir ki, bu transferin baş tutmamasının səbəbləri ortaya çıxıb.
Belə ki, Braziliyanın “JC” portalı "Qarabağ"ın Raldinidən imtina etməsinin səbəbləri haqda yazıb. "Qarabağ”ın ondan imtinasının səbəbi futbolçu ilə danışıqlar zamanı bank hesabının “Nautiko”nun özünün deyil, direktorlarıdan birinin göstərilməsi olub.
"Nautiko"nun vitse-prezidenti Roberto Selva isə Braziliyalı mətbuatına açıqlamasında bu cür danışıb:
"Onlar Raldninin proseduru pozduğunu, görüşə gəlmədiyini iddia edib. Əvvəlcə evlənmək üçün Resifeyə getdiyini deyiblər. Amma bunların hamısı bəhanədir".
Beləliklə, Raldninin "Qarabağ"a keçidi məsələsi bağlanıb.