"Neftçi"nin futbolçusu "Qəbələ"yə keçə bilər

16:59 - 28 İyun 2022

"Neftçi"nin yarımmüdafiəçisi Xəyal Nəcəfov Premyer Liqada mübarizə aparan daha bir komandanın transfer siyahısına daxil olub.

Sportal.az saytına verilən məlumata görə, yarımmüdafiəçini istəyən növbəti komanda "Qəbələ"di.

"Turan Tovuz"un da transfer siyahısında yer almış Nəcəfovun yeni mövsümə hansı komandada başlayacağı hələ ki, dəqiq deyil. 

Onun hansı komandaya keçəcəyi sabah dəqiqləşəcək.

​Xəyal ötən il iyun ayında "Sumqayıt"dan "Neftçi"yə transfer olmuşdu.

Xəbər xətti