İki güləşçimiz Avropa çempionu oldu

İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı start götürüb.

Sportal.az xəbər verir ki, yunan-Roma güləşi üzrə milli komandanın 2 üzvü qızıl medal qazanıb.

Nihad Quluzadə (55 kq) fransalı Ayvil Fuakeyə (9:0) qalib gəldikdən sonra ukraynalı Nikolay Xavriçkindən də üstün olub- 3:1. Yarımfinalda almaniyalı Georgios Skarpellonu məğlub edən (5:1) Quluzadə finalda rumıniyalı Denis Mihayla üz-üzə gəlib. İdmançımız 10:1 qalib gələrək Avropa çempionu adını qazanıb. 

Laçın Vəliyev isə (87 kq) 1/8 finalda Ukrayna idmanmısı Nikita Alekseyevi məğlub edib - 8:5. 1/4 finalda isveçli Alqot Kaellmandan güclü olan (4:1) Laçın yarımfinalda isə erməni güləşçisi Vigen Nazaryanı 3:1 məğlub edib.  Güləşçimiz finalda rumıniyalı Patrik Qordanla qarşılaşıb. Vəliyev 3:1 qalib gələrək hamıdan güclü olub. 

Tarix: 28 İyun [23:29]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Avqust 2022
15  Avqust 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio