"Qəbələ"dən ayrılan futbolçu Kipr klubuna keçdi

17:35 - 29 İyun 2022

Mövsümün sonunda "Qəbələ"dən ayrılan Fernan Lopesin yeni klubu müəyyənləşib.


Sportal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi karyerasını Kiprdə davam etdirəcək.

 

İspaniyalı futbolçu "Enosis"ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

 

Fernan Lopes 2021/2022 mövsümündə "Qəbələ"nin heyətində Azərbaycan Premyer Liqasında meydana çıxdığı 16 oyunda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti