Azərbaycanın U-20 yığmasının üzvü Nikolaz Baçaliaşvili özünə yeni komanda tapmağa hazırdı.
Sportal.az saytına verilən məlumata görə, gürcüəsilli futbolçu yeni mövsümdən birinci divizionda yarışacaq “Araz Naxçıvan”dan təklif alıb.
Onun yaxın günlərdə bu klubla müqavilə imzalayacağı gözlənilir.
"Dinamo"(Tbilisi) və "Torpedo"(Kutaisi) klublarının akademiyalarında oynamış Nikolaz 16 yaşından "Qəbələ"nin üzvüdü. O, bir ara "Kəpəz"də də icarə əsasında çıxış edib. Nikolaz gürcüəsilli olsa da, Azərbaycan vətəndaşıdı və 2002-ci ildə Qaxda doğulub.