"Qəbələ"nin müdafiəçisi: "Fehervar"ı keçmək şansımız var, ancaq hər iki oyun çətin alınacaq"

14:20 - 30 İyun 2022

"Hazırlıqlarımız davam edir. Yaxşı şəkildə hazırlaşmaq istəyirik. Konfrans Liqasındakı rəqibimiz barədə məlumatım azdı. Amma "Fehervar"ın güclü rəqib olduğunu düşünürəm. Oyuna qədər vaxtımız var və hazırlığa davam edəcəyik".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Qəbələ"nin futbolçusu Ruan Renato deyib. 

Bölgə klubunun aparıcı üzvü Konfrans Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşacaqları "Fehervar"la oyun barədə danışıb. O, Macarıstan klubu barədə və növbəti mərhələyə adlamaq şanslarını dəyərləndirib:

"Bilirsiz, biz hər şeydən əvvəl öz hazırlığımıza, özümüzə diqqət etməliyik. Fiziki cəhətdən də daha yaxşı olmalıyıq. "Fehervar"ın güclü və zəif tərəflərini öyrənəcəyik. Futbolda hər şey mümkündü. Fikrimcə, bizim Macarıstan klubunu keçmək şansımız var. Amma asan olmayacaq, hər iki matç çətin alınacaq".

Xəbər xətti