"Qəbələ"nin yeni transferi Felipe Santos Sportal.az saytına müsahibə verib. Braziliyalı bölgə klubundakı vəziyyətində və məqsədlərindən danışıb.
- “Qəbələ”də səni necə qarşıladılar? Özünü necə hiss edirsən yeni komandanda?
- “Qəbələ”də özümü çox yaxşı hiss edirəm. Məni çox yaxşı qarşıladılar. Buna görə də hamıya təşəkkürümü bildirirəm. Sizi əmin idim ki, özümü evimdəki kimi hiss edirəm.
- Belə çıxır ki, artıq komandaya tam uyğunlaşa bilmisən…
- Bəli, özümü çox yaxşı hiss edirəm. Dediyim kimi, sanki evimdəyəm. Yəni, o dərəcədə mehriban kollektiv var burada. “Qəbələ”də olduğuma görə xoşbəxtəm.
- Komandaya yaxşı və tez adaptasiya olmağında Ruan Renato və Rafael Utziqin təsiri oldu? Hər halda onlar da Braziliyalıdı, həmyerlilərindi…
- Bəli, doğrudu. Mən “Qəbələ”yə gəlməmişdən əvvəl də Ruan və Rafaellə dostluq münasibətim var idi. Bu mənada, işim daha da asan oldu. İnanıram ki, biz bu mövsüm bir-birimizi çox yaxşı başa düşəcəyik.
- Komandanı qarşıda Konfrans Liqasının təsnifat mərhələsində “Fehervar”la oyunlar gözləyir. Səncə, bu mərhələni keçə biləcəksiz?
- Bu komanda ilə oyunlara çox yaxşı hazırlaşırıq. Doğrudu, çətin olacaq. Amma “Fehervar”ı məğlub edəcək keyfiyyətə sahibik.
- İlk matç səfərdə keçiriləcək. Səncə, Macarıstanda hansı hesab qeydə alınacaq və ümumiyyətlə, sizi səfərdə hansı hesab qane edəcək?
- Biz ilk dəqiqələrdən konsentrasiyalı və maksimum dərəcədə diqqətli oynayacağıq. Macarıstanda qələbə qazanmaq istəyirik. Bunun üçün hər şeyi edəcəyik.
- “Fehervar”ın heyətində Evandro, Alef kimi braziliyalılar oynayır. Onlardan kimisə tanıyırsan?
Düzünü desəm, xeyr, rəqib barədə az məlumatım var. Amma mən bu öz braziliyalılarımıza və digər komanda yoldaşlarıma inanıram. Azarkeşlərimizi sevindirmək üçün çalışacağıq.
Mirbağırağa
saytlarin hazirlanmasi