Yunanıstan klubu azərbaycanlı qapıçını transfer etməyə hazırlaşır

12:34 - 1 İyul 2022

Başa çatan mövsümü Polşanın aşağı liqasında yarışan "Sokol" klubunda keçirmiş Şahin Zəkiyev yeni mövsüm fərqli ölkədə başlaya bilər.

Sportal.az saytına verilən məlumata görə, qolkiperə hazırda iki klubdan təklif var.

Təkliflərdən biri elə Polşadandı. Belə ki, “Bruk-Bet Termalika” azərbaycanlı kiperi heyətinə qatmaq istəyir. Amma ona öncə ikinci komandada oynamaq təklif edilib. 

Zəkiyevi istəyən digər klub isə Yunanıstan aşağı liqasında yarışan "Asteras Petritis"di. Yunan klubunun rəsmiləri Zəkiyevi israrla heyətində görmək istəyir. Qolkiper bu iki klub arasında yaxın günlərdə seçim etməli olacaq.

Xəbər xətti