"Şamaxı" da Asiyada çempionluq yaşamış forvardı istəyir

13:06 - 1 İyul 2022

Son dəfə Nepalda "Maçindra" ilə çempionluq yaşamış Nurlan Novruzovun yeni mövsümə Azərbaycanda başlamaq ehtimalının yüksək olması barədə xəbər vermişdik.

“Turan Tovuz”un Novruzovu transfer etmək istəməsi və hazırda bu klubun düşərgəsində məşq etməsi barədə də oxucularımızı məlumatlandırmışdıq.

Sportal.az saytına verilən məlumata görə, forvardın xidmətində maraqlı olan daha bir klub “Şamaxı”dı.

Belə ki, Cavid Hüseynovun rəhbərlik etdiyi komanda transfer çalışmalarına başlayıb. Ölkə xaricindən də təklifləri olan hücumçunun yeni mövsümə hansı komandada başlayacağı yaxın günlərdə dəqiqləşəcək.

 

Xəbər xətti