Ötən mövsümü “Qəbələ”də keçirmiş Kamal Mirzəyevin yeni mövsümə hansı komandada başlayacağı böyük ölçüdə dəqiqləşib.
Sportal.az saytına verilən məlumata görə, yarımmüdafiəçi "Şamaxı"da oynayacaq.
“Səbail” və “Kəpəz”in də maraq dairəsində olan futbolçunun Cavid Hüseynovun rəhbərlik etdiyi kollektivə cəlb olunacağı gözlənilir.
Mənbəənin iddiasına görə, “Qəbələ”yə geri qaytarmaq ehtimalı da olan Mirzəyev “Şamaxı” ilə anlaşıb. 27 yaşlı futbolçu “Qəbələ”, AZAL, “Sumqayıt”, “Zirə”, “Əl-Salmiyə” klublarında oynayıb.