"Ante Çaçiç Mahir kimi futbolçuları sevir"

12:33 - 3 İyul 2022

"Mahirin "Dinamo"nun heyətində "Şkendiya" və "Spartak"(Tranava) klubları ilə görüşlərdə vurduğu qolları gördüm. "Spartak"la matçda Mahir super qol vurdu. O, əbəs yerə "Dinamo"da olmadığını sübut etdi".

Bu sözləri Sportal.az saytına açıqlamasında Ernad Skuliç deyib. Azərbaycanda uzun illər çıxış etmiş xorvatiyalı veteran futbolçu Mahir Emrelinin "Dinamo"dakı çıxışını dəyərləndirib. 

Skuliçin fikrincə, 2022/2023 mövsümü Mahir üçün uğurlu alınacaq: "Təbii ki, yoxlama görüşlərində vurulan qollardan sonra onun çox yaxşı durumda olduğunu demək olar. Fikrimcə, 2022/2023 mövsümü Mahirin mövsümü olacaq. "İnter"də oynadığım dövrdə Ante Caci üç il mənim baş məşqçim olub. Zapreşiça klubunda onunla yaxşı münasibətimiz var idi. Ante Mahir kimi fərdi ustalığı olan keyfiyyətli futbolçuları sevir. Ona görə də Caciçin Mahirə yeni mövsümdən əsas komandada yer verəcəyinə inanıram".

"Bakı”nın sabiq kapitanı Mahirlə Zaqrebdə görüşəcəyini söyləyib: "Mahir "Dinamo"ya gələndə onunla Zaqrebdə görüşmüşdüm. Onunla danışdıq, söhbətləşdik. Hazırda o, Sloveniyada komandası ilə birlikdə toplanışdadı. Zaqrebə qayıtdıqdan sonra yəqin ki, yenə onunla görüşərik”.

Mirbağırağa

Xəbər xətti