İsveçdəki azərbaycanlı: "Gələcəkdə əsas millidə oynayacağıma inanıram"

16:35 - 3 İyul 2022

"Hazırda tətildəyəm. Gələcəklə bağlı hələ ki, konkret nəsə deyə bilmərəm. Çünki danışıq apardığımız klublar var. Belçikanın "Beerşot" klubundan təklif olduğunu və bu klubun düşərgəsinə yollanmağımla bağlı sizə məlumat vermişdim. Amma elə onlar vədlərini yerinə yetirmədiklərinə görə, düşərgəni tərk etmişdim. "Hakken"in düşərgəsində oldum. Onlar da məni istəyirlər. Görək də necə olacaq".

Bu sözləri Sportal.az saytına açıqlamasında Ayxan Cabbarov deyib.

İsveçin "Savedalens" klubunun üzvü olan azərbaycanlı futbolçu yeni mövsümə fərqli komandada başlaya bilər. Gənc futbolçunun sözlərinə görə, onun agenti bir neçə klubla danışıqları davam etdirir: "Agentim hazırda İsveç yüksək və 1-ci liqasında yarışan klublarla danışıq aparır. Həmin klublar məni heyətində görmək istəyir. Amma bu dəqiqə üçün konkret nəsə yoxdu. Yenilik olsa, xəbərdar edə bilərəm sizi. Hər halda yaxın günlərdə yenilik olacaq".

​19 yaşlı Azərbaycan millisində oynamaq istədiyini bildirib: "Təbii ki, mən hər zaman Azərbaycan millisinin çıxışını izləyirəm və daim onlara dəstək oluram. Özüm də Azərbaycan millisində oynamaq haqda düşünürəm. Əlbəttə ki, daha yaxşı klublarda oynamaq istəyirəm. Gələcəkdə Azərbaycanın əsas millisində oynayacağıma inanıram. Bu, məndə alınacaq. Ümidvaram ki, klub karyeram istədiyim kimi uğurlu olacaq və Azərbaycan millisində də oynayacam". 

Xəbər xətti