"İlk oyunlar həmişə ağır, çətin alınır. "Lex"in özü də köklü klubdu, bu il 100 illiyini qeyd edir. Amma oyuna gəldikdə, "Qarabağ" tam üstün oynadı. Sadəcə olaraq, qol imkanlarından istifadə edə bilmədilər".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın veteran futbolçusu Emin İmaməliyev deyib.
Ağdam klubunun şərəfini qorumuş İmaməliyev komandanın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk görüşündə "Lex"ə uduzmasını şərh edib. Onun fikrincə, "Qarabağ" ilk oyundakı məğlubiyyətə baxmayaraq, evdə qazanacağı qələbə sayəsində növbəti mərhələyə adlayacaq:
"Dünən yaradılan qol vəziyyətləri var idi, sadəcə istifadə edə bilmədilər. Mənə elə gəlir ki, bundan nəticə çıxarıb, cavab oyununda qol imkanlarından maksimum yararlanmağa çalışacaqlar. İnanıram ki, turu keçən “Qarabağ” olacaq. Əvəzetmələrdən sonra "Qarabağ"ın oyununun zəiflədiyini deməzdim. Əksinə, "Qarabağ" ilk dəqiqədən son dəqiqəyə qədər üstün futbol nümayiş etdirirdi. Qol imkanları da yaradılırdı. Sadəcə qol epizodlarından yararlana bilməməkləri komandaya pis təsir etdi. İnanıram ki, cavab oyununda imkanlardan maksimum istifadə ediləcək və turu keçən tərəf "Qarabağ" olacaq. Komandaya uğurlar arzulayıram".
saytlarin hazirlanmasi