"Kəpəz" istədiyi legionerləri Bakıya gətirdi

13:14 - 6 İyul 2022

Yeni mövsümün hazırlıqlarını Bakıda davam etdirən "Kəpəz" müqavilə imzalamaq istədikləri legionerləri paytaxtımıza dəvət edib.

Sportal.az saytına verilən məlumata görə, Gəncə təmsilçisi Peyman Keşavarz, Mate Kvirkviya və Georgi Kantariya ilə müqavilə imzalayacaq.

Hər üç futbolçu artıq komandanın düşərgəsinə qoşulub. Onlarla yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

Xatırladaq ki, Peyman son olaraq "Traktor"da oynayıb. Mate Kvirkviya "Qaqra"nın, Georgi Kantariya isə "Telavi"nin futbolçusu olub.

 

Xəbər xətti