Azərbaycan millisinin forvardı Renat Dadaşov bir neçə gün əvvəl müqavilə ilə məxsus olduğu "Vulverhempton"un düşərgəsinə qoşulub.
Sportal.az saytına verilən məlumata görə, 23 yaşlı forvard yeni mövsümə İngiltərə klubunda qalmayacaq.
Futbolçu üçün artıq yeni komanda axtarılır.
“Vulverhempton”la müqaviləsi 2023-cü ildə başa çatacaq Dadaşovun başqa kluba icarəyə yollanması gözlənilir.
Onunla müqaviləyə xitam verilməsi də, gündəmdədi. Renat Dadaşov ötən mövsümü “Tondela”da icarə əsasında oynayıb.