"Kəpəz"in yeni transferi Mate Kvirkviya Sportal.az saytına açıqlama verib.
Gürcü futbolçu Gəncə klubuna keçidi barədə danışıb. O, yeni komandasında adaptasiya problemi yaşamayacağına inandığını dilə gətirib: "Buradakı vəziyyət çox yaxşıdı. Hər şeyi çox bəyənirəm. Həm baş məşqçi, həm də futbolçular məni çox yaxşı qarşıladı. Adaptasiya prossesi asan keçəcək. Baş məşqçi hansı mövqeni tapşırsa, orada da oynayacam. Amma mən əsasən sol cinah hücumçusu kimi oynayıram. Dediyim kimi, baş məşqçi hansı tapşırığı versə, onu da yerinə yetirəcəm".
26 yaşlı hücumçu əvvəllər "Kəpəz"də oynamış gürcüləri xatırlayıb, azarkeşləri sevindirmək haqda düşündüyünü söyləyib:
"Badri Kvaratsxeliyanın əvvəllər burada oynadığını bilirəm. Mixail Xutsişvilinin də “Kəpəz”də çıxış etdiyi haqda məlumatım var. "Kəpəz" azarkeşləri haqda da az eşitməmişəm. Komandanın yaxşı və böyük azarkeş kütləsi var. Onların ümidlərini doğrultmağı səbirsizliklə gözləyirəm".
Mirbağırağa