"Qəbələ"nin vingeri Omar Hani Sportal.az saytına müsahibə verib. Bölgə təmsilçisinin legioneri Konfrans Liqasının təsnifat mərhələsində mübarizə aparacaq komandasının avrokuboklardakı şanslarını dəyərləndirib.
- Ailə həyatı qurduğunuza görə, düşərgəyə hələ qoşulmamısınız. Yəqin ki, bundan sonra ailənizlə birlikdə Azərbaycanda yaşayacaqsınız?
- Bəli, ailə həyatı qurdum. Şükür Allaha, hər şey çox yaxşı keçdi. Hər şeydən razıyam. Komandanın düşərgəsinə hələ qoşulmamışam. Komandanın hazırlıqları davam edir. Həyatımın daha da stabil olması üçün xanımım da mənimlə birlikdə Azərbaycanda yaşayacaq.
- Komandanın toplanışına nə vaxt qoşulacaqsınız?
- Komandada hər şey qaydasındadı və hazırlıqlarımız yaxşı qaydada davam edir. Komandamız yoxlama görüşü də keçirib. Mən hələ ki, düşərgəyə qoşulmamışam. Bu gün və ya sabah Türkiyəyə uçacam.
- Ötən mövsümün sonuna yaxın zədəniz var idi və oyunlarda sizi narahat edirdi. Artıq həmin zədəni sağaltmısız?
- Doğrudu, zədəm var idi. Amma hazırda 80-90 faiz hazıram. Mənim tam hazır olmağım üçün sadəcə bir neçə günə ehtiyacəm var, vəssalam.
- Bildiyim qədərilə mövsüm başa çatan kimi sizin bir çox klublardan təklifiniz var idi. Amma "Qəbələ"də qalmağa üstünlük verdiniz...
- Azərbaycandan yox, başqa ölkə klublarından təkliflərim var idi. Təklif göndərən klubların maddi şərtləri də yaxşı idi. Amma mən "Qəbələ"də qalmağa üstünlük verdim. Burada qalmaq istədim. Daha çox stabillik istəyirəm. Həm də buradakı insanları çox bəyənirəm.
- "Qəbələ"nin Konfrans Liqasına hazır olduğunu düşünürsüz? Hər halda, siz komandanın üzvü olduğunuza görə daha çox məlumatlısınız...
- Düzdü, düşərgədə deyiləm. Amma izləyirəm gedişatı. Ümidvaram ki, biz hazırıq. Mübarizəyə hazır olduğumuzu gözləyirəm.
- Konfrans Liqasının ikinci təsnifat mərhələsində qarşılaşacağınız "Fehervar" haqda hansi fikirdəsiniz? Yəqin ki, rəqibi izləmisiniz?
- Yəqin ki, texniki heyətin “Fehervar” barədə məlumatı var. Onlar da oyun üçün planları var. Bizə rəqib barədə və onlara qarşı necə oynamaq lazım gəldiyini deyəcəklər. Hər şeyin yaxşı olacağına inanıram.
Mirbağırağa
saytlarin hazirlanmasi