"Lex"in forvardı Adriel Ba Lua Sportal.az saytına açıqlama verib.
Poznan klubunun forvardı Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin "Qarabağ"la görüşünü dəyərləndirib.
Fil dişi Sahilindən olan 25 yaşlı futbolçu komandasının ilk oyundakı qələbəsini bu cür şərh edib:
"Yaxşı oyun alındı. Bizim üçün çətin idi. Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində çox yaxşı komandaya qarşı ilk təcrübəmiz idi. "Qarabağ" çox səviyyəli komandadı, amma biz daha effektli idik. Bir qol epizodumuz var idi, ondan da yararlandıq. Amma çətin oyun idi".
Adriel, Bakıda keçiriləcək cavab oyunu öncəsi da inamlı danışıb. Afrikalı hücumçu görüşlə bağlı bunları deyib: "Qrup mərhələsində yer almaq istəyiriksə, bu cür davam etməliyik və diqqətimizi ən vacib olan qələbəyə yönəltməliyik. Bunun necə olmasının fərqi yoxdu, əsas odur ki, qalib gələk".
Mirbağırağa
saytlarin hazirlanmasi