"Qarabağ"dan ayrılan Xayme Romero yeni mövsümə də Azərbaycanda başlamağa yaxın olub.
Sportal.az saytına daxil olan məlumata görə, ispaniyalı vingerin xidmətində Azərbaycanın iki klubu maraqlı imiş.
Amma ispaniyalının bu klublardan heç birinə keçidi baş tutmayıb. Buna əsas səbəb isə maliyyə məsələləri olub. Romeronu istəyən klublarımızdan biri "Neftçi" olub.
31 yaşlı futbolçu “Albasete”, “Udineze”, “Bari”, “Qranada”, “Orduspor”, “Saraqosa”, “Osasuna”, “Kordoba”, “Luqo” klublarında çıxış etdikdən sonra 2019-cu ildə “Qarabağ”a keçmişdi.