Mahir ÇL-in təsnifat mərhələsində oynayacaq

16:16 - 9 İyul 2022

Azərbaycan millisinin və "Dinamo"nun hücumçusu Mahir Emrelinin Xorvatiya superkuboku uğrunda "Hayduk"a qarşı keçiriləcək matçı buraxmasının səbəbi bəlli olub. 

Sportal.az saytına verilən məlumata görə, 25 yaşlı hücumçu arxa əzələsini dartıb. Məhz bu səbəbdən də "Hayduk"la matçda meydana çıxmayacaq.

Ancaq Emrelinin zədəsi ciddi olmadığına görə o, artıq gələn həftə fərdi məşqlərə başlayacaq.

Millimizin forvardının Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununa qədər hazır olacağı gözlənilir.

"Dinamo" bu mərhələdə “Şkupi” (Şimali Makedoniya) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə üz-üzə gələcək. 

Xəbər xətti