Azərbaycanın ən baxımlı telekanallarından olan ATV-də "Futbolumuz" verilişinin növbəti buraxılışı efirə gedib.
Sportal.az xəbər verir ki, proqramın gedişində daimi ekspert Emin Abbasov ölkə futbolundakı hakimliyin səviyyəsi ilə bağlı da danışıb.
O, Hakimlər Komitəsinin keçmiş sədi Fritz Ştuxlikin fəaliyyətini tənqid edib. Bununla yanaşı Abbasov, Hakimlər Komitəsinin sədr vəzifəsinə yenidən əcnəbinin gətirilməsini dəstəkləmədiyini söyləyib.