"Qəbələ"də iki il oynamış Stefan Vukçeviçin bu komandaya geri qayıtmayacaq.
Sportal.az xəbər verir ki, monteneqrolunun yeni komandası da bəllidi. "Qəbələ"dən ayrılan monteneqrolu Kiprə yollanıb.
Belə ki, Kiprin "Enosis Paralimni" klubu yarımmüdafiəçi ilə rəsmi müqavilə imzalayıb.
25 yaşlı futbolçunun müqaviləsinin detalları barədə məlumat verilməyib.