“Xəzər Lənkəran”ın sabiq qapıçısı Orxan Sadıqlının “Kəpəz”də baxışda olması barədə xəbər vermişdik.
Sportal.az saytına verilən məlumata görə, Gəncə klubunun məşqçilər korpusu Sadıqlı barədə hələ ki, yekun qərar verməyib.
Onun barədə yekun qərarı iyulun 17-də veriləcək. Sadıqlının böyük ehtimalla “Kəpəz”də qalacağı və klubla bir illik müqavilə imzalayacağı bildirilir.