Braziliya millisinin sabiq forvardının ölkəmizə gəlişi baş tutmadı

12:13 - 11 İyul 2022

“Sabah” bu yay Braziliya millisinin sabiq hücumçusu Vaqner Lavı transfer etmək istəyib.

Sportal.az saytına verilən məlumata görə, danışıqlar getsə də, sonda razılıq əldə edilməyib. 

Lavın ölkəmizə gəlişinin baş tutmaması maliyyə məsələlərilə bağlı olub.

​“Palmeyras”, “Flamenqo”, ÇSKA(Moskva), “Monako”, “Beşiktaş”, “Korintians” klublarında oynamış forvard son olaraq Danimarkada “Midtulland” forması geyinib.

 

Xəbər xətti