Yeni mövsümə hazırlıqlarını Tovuzda davam etdirən "Turan Tovuz" heyətini legioner futbolçularla da gücləndirmək istəyir.
Sportal.az xəbər verir ki, Tovuz təmsilçisinin baş məşqçisi Ayxan Abbasov saytımıza açıqlamasında ötən mövsümü "Şamaxı"da keçirmiş Natan Oduvanı sərəncamında görmək istədiyini bildirib:
"Natan Oduva ilə danışığımız olub. Maraqlandığımız futbolçudu. İstəyirik ki, "Turan Tovuz"da oynasın. Amma hələ ki, konkret bir şey yoxdu. Yaxın günlərdə bəlli olacaq hər şey. Cavan gürcü legioner də var. İyulun 15-də "Şamaxı" ilə yoxlama görüşümüz olacaq. Ondan sonra qərarlar veriləcək. Rəhbərliklər danışmışıq, legioner məsələsi barədə. Çünki komplektləşmək lazımdı. Bizi ağır çempionat gözləyir. Maraqlandığımız, baxdığımız, danışıq apardığımız oyunçular var. Görək də necə olacaq".
Xatırladaq ki, "Tottenhem" yetirməsi olan 26 yaşlı forvard “Luton Toun”, “Reyncers”, “Kolçester”, “Olimpiya”(Lyublyana), “Hapoel Hadera”, “Dundalk” klublarında oynayıb.